Türkiyənin Həsən Kalyoncu Universitetinin müəllimi Enes Özen "Erasmus+" mübadilə proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub.
O, səfər müddətində AzTU-nun Mühəndis fizikası və elektronika, Metallurgiya və materiallar texnologiyası, Elektrotexnika kafedralarında və Yeni Materiallar və Nanotexnologiya Elmi-Tədqiqat İnstitutunda görüşlər keçirib.
Enes Özen kafedra və institut əməkdaşları üçün pilotsuz uçuş aparatları mövzusunda seminar keçirib.