News

Ana səhifə Xəbərlər Xəbər

Qazi Universitetinin professoru AzTU-da seminar keçib

2024-01-11
284
News

Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin professoru Ferhat Gül Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.

Səfər çərçivəsində o, Metallurgiya və materialşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələrinə “Tökmə istehsalında in­no­vativ texnologiyalar” mövzusunda seminar keçirib. Seminarda yüksəkmöhkəm çuqunların müasir istehsal texnologiyaları haqqında ətraflı məlumat verilib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.