News

Ana səhifə Xəbərlər Xəbər

AzTU-nun prorektoru Almaniyada səfərdə olub

2023-12-19
857
News

Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən Cənubi Qafqazın bir sıra universitetlərinin rektorları və prorektorlarının Almaniyanın bir sıra şəhərlərinə səfəri təşkil olunub. Məqsəd Almaniyanın qabaqcıl universitetləri ilə əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması olub.

Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) elm və İnnovasiyalar üzrə prorektor professor Sübhan Namazov təmsil edib.

Qonaqları Berlin Hökumətinin Əlaqələndirmə Ofisinin rəhbəri və DAAD-nin Cənubi Qafqaz üzrə ölkə sözçüsü Kai Franke salamlayaraq açılış nitqi ilə çıxış edib, həmçinin səfərin perspektiv imkanları barədə müzakirələr aparılıb.

Proqram çərçivəsində Almaniyanın müxtəlif şəhərlərindəki universitetlərə (Maqdeburq-Stendal Tətbiqi Elmlər Universiteti, Brandenburg Texniki Universiteti Cottbus-Senftenberg, Jena Tətbiqi Elmlər Universiteti, Zwickau Tətbiqi Elmlər Qərbi Sakson Universiteti) ziyarətlər təşkil olunub. Həmçinin nümayəndə heyəti ilə universitetlərin rektorları və müvafiq rəhbər heyətinin görüşləri keçirilib.

Universitetləri ziyarətlər çərçivəsində “Menecment və İnformasiya texnologiyaları” adlı yeni ikili diplom proqramı, “İqlimə uyğunlaşdırılmış torpaqdan istifadə konsepsiyaları”, “Almaniyada davamlı bioiqtisadiyyat”, “Beynəlxalq sahibkarlıq və innovasiya” və digər mövzularda məruzələr dinlənilib.

Səfərlər zamanı elm, innovasiya, tədris, ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi, birgə layihələrin yerinə yetirilməsi barədə faydalı müzakirələr aparılıb.