Azərbaycan Texniki Universitetində (AzTU) ənənəvi olaraq Alman Mədəniyyət Günü keçirilib.
Tədbirdə AzTU-un alman dili qruplarında fəaliyyət göstərən akademik heyət Almaniyanın milli adətləri barədə məlumat verib. Həmçinin AzTU-nun foyesində Yeni ilin gəlişi münasibətilə hazırlanmış bayram süfrələri də nümayiş olunub.
Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli AzTU-nun Almaniya universitetləri və Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə əlaqələrindən danışıb. Nurəli Yusifbəyli AzTU-da alman dilinin təşviqi ilə bağlı görülən işlər və DAAD-nin nümayəndəsi Klaudio Kasperlin universitetdə müəllimlik fəaliyyəti barədə də məlumat verib.
Daha sonra beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Alman mühəndislik fakültəsinin dekanı Ərəstun Məmmədov və AzTU-da Alman dili müəllimi kimi fəaliyyət göstərən Klaudio Kasperl çıxış edərək AzTU-DAAD əməkdaşlığının perspektivlərindən danışıblar.
Tədbir tələbələrin ifasında şeir və rəqslərlə davam edib.