2022/2023-cü tədris ilinin yaz semestrində “Erasmus+ KA1” çərçivəsində Türkiyənin Bursa Texniki Universitetində (BTU) metallurgiya və materialşünaslıq ixtisası üzrə mübadilə üçün müsabiqə elan olunur. BTU-da təhsil almaq (1 semestr) istəyən bakalavr və təcrübə keçmək (2 ay) istəyən magistr tələbələr müsabiqədə iştirak edə bilərlər.
Qeyd: Seçim zamanı 1 bakalavr və 1magistr tələbə seçiləcək.
Tələb olunan sənədlər:
· Ərizə formasının doldurulması (Application Form)
· Transkript – (ÜOMG 75 (BA), 85 (MA) baldan yuxarı olanlar)
Mobillikdə iştirak etmək istəyən tələbələrdən sənədləri 20.11.2022-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.