Sənaye Dizaynı və Texnologiya İnstitutunun direktoru
professor, texnika elmləri doktoru Uğurlu Məhəmməd oğlu Nadirov
E-poçt: [email protected]
Uğurlu Məhəmməd oğlu Nadirov 1990-cı ildə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş gənc mütəxəssis kimi «Maşınqayırma texnologiyası» kafedrasnda saxlanılmışdır.
1994-cü ildə aspiranturaya daxil olmuş və 1998-ci ildə 05.02.08 – «Maşınqayırma texnologiyası» ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.
1995-ci ildə AzTU-nun «Mühəndis qrafikası» kafedrasında əvvəlcə assistent, baş müəllim, dosent vəzifələrinə seçilmişdir. U. M. Nadirov 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır.
2021-ci ildə 3313.01 – «Maşınqayırma texnologiyası» ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini almışdır.
U. M. Nadirov 112 elmi əsərin , o cümlədən 1 patent, 1 dərslik, 4 dərs vəsaiti və 3 metodiki göstərişin müəllifidir. Elmi əsərləri Amerika, Rusiya, Türkiyə, Braziliya, Hindistan, Belarusiya və Ukraynanın qabaqcıl beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə çap olunmuşdur.
2021-ci ildə Azərbaycan Texniki Universitetində yaradılan Sənaye Dizaynı və Texnologiya İnstitutunun direktoru təyin olunub.