Alman mühəndislik

Mexatronika və robototexnika mühəndisliyi




Müasir maşın, qurğu, avadanlıqlar və eləcə də robotlar mexaniki baza strukturuna malik olsalar da, idarəetməni asanlaşdırmaq, istehsalatın keyfiyyətini, əmək məhsuldarlığını və təhlükəsizliyi yüksəltmək üçün onların tərkibində elektronikanın, proqramlaşdırmanın və digər texnologiyaların tətbiq olunmasına böyük zərurət yaranmışdır.

İxtisasın əsas istiqamətlərindən biri robotlar və robototexniki sistemlərlə bağlıdır. Buraya sənaye robotları, mobil robotlar,  səhiyyə robotları, kənd təsərrüfatı robotları, hərbi təyinatlı robotlar, məişət robotları və s. aiddir.

Karyera baxımından gələcəyin ixtisası olan mexatronika və robototexnika mühəndisliyi ixtisası mexaniki baza strukturuna malik olan texniki qurğuların mövcud olduğu istənilən sahədə çalışmaq imkanı yaradır. Tibb, hərbi sahə, nəqliyyat, aviasiya, yüngül və ağır sənaye, kənd təsərrüfatı və s. sahələrə inteqrasiya edən bu ixtisas, həmçinin sadalanan sahələrdə iş perspektivləri də təklif edir.

Tədris planı

Təhsil proqramı