Fakültə Almaniyanın bir sıra qabaqcıl Texniki Universitetləri, əsasən də Brandenburq Texniki Universiteti (B-TU) ilə əməkdaşlıq edir.
2022-ci ilin dekabr ayında B-TU ilə birgə təhsilin magistratura səviyyəsində 060601 – materiallar texnologiyası ixtisasının maşınqayırma materialşünaslığı ixtisaslaşmasına uyğun “Yüngül konstruksiyalar və materiallar texnologiyası” ikili magistr diplomu proqramına başlamaq üçün müqavilə imzalanıb.
B-TU ilə birgə Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən maliyələşdirilən layihə çərçivəsində 2023/2024-cü tədris ilindən təhsilin magistratura səviyyəsində 060612 – maşın mühəndisliyi ixtisasının maşınqayırma texnologiyası ixtisaslaşmasına uyğun almandilli, sənaye yönümlü „Rəqəmsal məmulların layihələndirilməsi və istehsalı” adlı ikili təhsil magistr proqramı üzrə mütəxəssis hazırlığına başlanılıb.
2022-ci ilin dekabr ayında həmçinin AzTU və B-TU arasında doktorantura səviyyəsində texniki ixtisaslar üzrə ikili diplom proqramına başlamaq üçün müqavilə imzalanıb.