Alman mühəndislik fakültəsinin dekanı
dos. Ərəstun Salman oğlu Məmmədov
Tel: (+994 12) 539 12 36
E-poçt: [email protected]

 

1983-cü ildə Ç.İldrım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti – AzTU) Maşınqayırma fakültəsinə qəbul olunub.

I kursu bitirdikdən sonra (1984-1986-cı illər) ordu sıralarına hərbi xidmətə çağrılıb.

Ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirərək 1990-cı ildə institutu fərqlənmə ilə bitirib.

1990-cı ilin sentyabr ayından AzPİ-nin Maşınqayırma texnologiyası kafedrasına stajkeçən-tədqiqatçı vəzifəsinə işə qəbul olunub.

1993-cü ilin yanvarından AzTU-nun Maşınqayırma texnologiyası kafedrasında assistent, baş müəllim, 2000-ci ilin noyabr ayından isə dosent vəzifəsində çalışır.

1996-cı ilin iyun ayında texnika elmləri namizədi elmi dərəcəsi, 2005-ci ilin sentyabr ayında dosent elmi adı alıb.

 2001-2008-ci illərdə Maşınqayırma fakültəsində tədris işləri üzrə dekan müavini, Tələbə Elmi Cəmiyyətinin sədri, fakültə Həmkarlar İttifaqı Komitəsinin sədri, 2009-2011-ci illərdə fakültə dekanı əvəzi vəzifələrini icra edib.

2011-ci ilin iyun ayında Maşınqayırma fakültəsinin dekanı vəzifəsinə seçilib.

2016-cı ilin iyun ayında növbəti dəfə Maşınqayırma fakültəsinin dekanı vəzifəsinə seçilib.

2019-cu ilin noyabr ayında Maşınqayırma fakültəsinin bazasında yaradılan Maşınqayırma və robototexnika fakültəsinin dekanı vəzifəsinə seçilib.

2021-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayınadək AzTU-nun Tədris hissəsinin müdiri vəzifəsində çalışıb.

2023-cü ilin mart ayından AzTU-da yeni yaradılan Alman mühəndislik fakültəsinin dekanı vəzifəsində çalışır.

AzTU Elmi Şurasının üzvüdür.

Müxtəlif illərdə Almaniyanın bir sıra universitetlərində  ezamiyyətdə olub.

Onun təşəbbüsü ilə 2010-cu ildə AzTU ilə Almaniyanın Brandenburq Texniki Universiteti (BTU) arasında maşınqayırma sahəsi üzrə tədqiqat, tədris və digər elmi sahələrdə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

2011-ci ildə Təhsil Nazirinin əmri ilə fəxri fərman, 2020-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.