XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

“SolidCAM” şirkətinin nümayəndələri seminar keçib

2024-12-28
201
Xəbərlər

“SolidCAM” şirkətinin nümayəndələri Maşınqayırma və robototexnika fakültəsinin əməkdaşlarına “SolidWorks proqram paketinə inteqrasiya edilmiş iMachining funksionalı ilə CAM məsələlərinin kompleks həlli” mövzusunda onlayn seminar keçirib.

Seminar zamanı SolidCAM proqram modulunda olan ən son yeniliklər və funksional imkanlar haqqında praktiki nümunələr göstərilib. 

Seminarda əməkdaşlıq, eləcə də “SolidCAM” şirkətinin tədris və təlim üçün nəzərdə tutulmuş proqram təminatının Maşınqayırma və robototexnika fakültəsinin ixtisas kafedrasının müvafiq fənlərinin tədrisində tətbiqi ilə bağlı ilkin razılığa gəlinib.