Təkrar ali təhsil

Azərbaycan Texniki Universiteti (AzTU) 2025/2026-cı tədris ilində ödənişli təkrar ali təhsil almaq üçün aşağıdakı ixtisaslarda əyani və qiyabi təhsil fomaları üzrə sənəd qəbulu elan edir.

 

Təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada https://portal.edu.az/ vasitəsilə həyata keçirilir. 

Aşağıdakı sənədlərin scan variantının sistemə daxil edilməsi tələb olunur:

● Şəxsiyyət vəsiqəsinin scan variantı;

● Diplomun və onun  əlavəsinin scan variantı;

● Vətəndaşın hazırkı "Tələbə-məzun" statutusunun müəyyənləşdirilməsi üçün dövlət elektron məlumat sistemindən çıxarış (my.gov.az portalından istifadə edə bilərsiniz);

● İş yerinə dair arayış/əmək kitabçasının scan variantı. 

Əlaqə:

Ömürboyu Öyrənmə Məktəbi Təkrar ali təhsil məsələləri üzrə qrup

Mob./Whatsapp: (+99410) 228 36 67; 

E-poçt ünvanı: [email protected]

Ünvan:

Azərbaycan Texniki Universiteti (H.Cavid prospekti, 25), 1-ci tədris binası, 1-ci mərtəbə, otaq 127 

Qeyd:  

● 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

● Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron formada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil hüququnu qazanacaqlar.

● Təkrar ali təhsili almaq üçün əvvəlki ali təhsili fərqli və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir. 

● Təhsil ödənişlidir.

● Təhsil Azərbaycan və rus dillərində aparılır.