Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub

Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub

21.09.2023     505     AzTU

Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) Azərbaycan üzrə müşaviri İlker Türköz Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”nı ziyarət edib. Qonaq əvvəlcə AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Görüş zamanı universitetdə görülən işlər, həyata keçirilən layihələr və yeni əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov qonağa texnoparkın fəaliyyəti, burada icra olunan layihələr haqqında məlumat verib. İlker Türköz AzTU-nun müxtəlif laboratoriyaları və mərkəzlərində görülən işlərlə də tanış olub.


Related news