Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News “Süni intellekt və alman dilinin tədrisində rəqəmsallaşma” mövzusunda seminar

“Süni intellekt və alman dilinin tədrisində rəqəmsallaşma” mövzusunda seminar

21.04.2025     34     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər  kafedrası və “Azərbaycanda alman dilini tədris edən müəllimlər” DLV İctimai Birliyinin  təşkilatçılığı ilə məktəb və universitet müəllimləri üçün “Süni intellekt və alman dilinin tədrisində rəqəmsallaşma” mövzusunda  peşəkar inkişaf seminarı və vebinarı keçirilib.

Seminar və vebinar Claudio Kasperi və Lətifə Qurbanova tərəfindən təqdim olunub. 6 saat davam edən görüşdə “ChatGPT” kimi süni intellekt alətlərinin tədris prosesində daha səmərəli tədbiqini müzakirə etməklə yanaşı, süni intellektin ənənəvi tədris yanaşmalarına inteqrasiyası haqqında geniş fikir mübadiləsi aparılıb.

Seminarın nəticəsi olaraq iştirakçılar əldə etdikləri metod və yanaşmaları öz dərslərinə inteqrasiya edərək fərdi tədris planları hazırlayıblar.

Sonda iştirakçılara sertifikat təqdim olunub.


Related news