Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Rektor “Robotex Azərbaycan - Avrasiya Çempionatı”nda qalib olan AzTU komandaları ilə görüşüb

Rektor “Robotex Azərbaycan - Avrasiya Çempionatı”nda qalib olan AzTU komandaları ilə görüşüb

08.05.2025     51     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Robotex Azərbaycan - Avrasiya Çempionatı” müsabiqəsində birinci yerə layiq görülən komandalarla görüşüb.

Qeyd olunub ki, Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının baş müəllimi Türkanə Qəhrəmanlının mentorluğu ilə İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kurs tələbələri Yusif Əliyev, İlahə İsmayılzadə və sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə doktorantı Xumarə Qəhrəmanlıdan ibarət komanda “SoftTech Entrepreneurship” kateqoriyası üzrə 1-ci yeri qazanıb. 

Elektrotexnika kafedrasının müəllimi Şamxal Əliyevin mentorluğu ilə Maşınqayırma və robototexnika fakültəsinin 1-ci kurs tələbələri Anabacı Əmiraslanova, Nasir Məlikov və SABAH qruplarının 3-cü kurs tələbəsi Əliyoldaş Əmiraslanlının iştirak etdiyi komanda isə "CO2toD Project" layihəsi ilə “Green Entrepreneurship University” kateqoriyası üzrə 1-ci yerə layiq görülüb.

Rektor hər iki komandaya iyunda Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Böyük Finalda yüksək nailiyyətlər əldə etməyi arzulayıb.


Related news