Azərbaycan Texniki Univeristetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistr hazırlığı” (LMQS) layihəsi üzrə növbəti təlimlər təşkil olunub. Təlimlər Yunanıstanın Afina şəhərində layihənin koordinator universiteti Qərbi Attika Universitetində keçirilib.
Səfərdə AzTU-nu Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və İqtisadiyyat və idarəetmə fakültəsinin baş müəllimi Mürşüd Mehdiyev təmsil edib.
“Səhiyyədə keyfiyyətin və risklərin idarə olunması” ixtisaslaşması üzrə yeni magistr proqramına uyğun olaraq səhiyyədə idarəetmə, tədqiqat metodları, səhiyyə iqtisadiyyatı, səhiyyə maliyyəsi, səhiyyədə keyfiyyətin idarə edilməsi, səhiyyə siyasəti, sosial sığorta kimi mövzularında təlimlər təşkil edilib.
Səfərdə AzTU ilə yanaşı, layihənin yerli tərəfdaşlarından Naxçıvan Dövlət Universitetinin və Qazaxıstan universitetlərinin nümayəndələri də iştirak ediblər.