Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən Cənubu Koreyadan olan professor Woojik Chun (Vujik Çun) universitet əməkdaşlarına "ID əsaslı kommunikasiyalarda tədqiqat istiqamətləri" mövzusunda seminar keçib.
Seminarda informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən professor-müəllim heyəti və əməkdaşlar iştirak edib. Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, professor Chun 2024-cü ilin sentyabr ayından AzTU-da pedaqoji fəaliyyətə başlayıb. O, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi yanında Milli İnformasiya Texnologiyaları Sənayesinin Təşviqi Agentliyinin (NIPA) “Dünyanın Dostları Koreya (WFK) Məsləhətçiləri Proqramı” çərçivəsində AzTU-da fəaliyyət göstərir.