Azərbaycan Texniki Universitetinin (AzTU) və "SmartNation" platformasının xüsusi seçilmiş gənclər üçün təşkil etdiyi “Gələcəyin Zəkası” pilot layihəsinin yumşaq bacarıqlar bloku artıq başa çatıb. Yumşaq bacarıqlar blokunda tələbələrin peşəkar iş mühitində istifadə edə biləcəkləri təməl bacarıqların aşılanması nəzərdə tutulub.
Layihə iştirakçıları gələcəyin peşə və bacarıqları, özünütanıma, dizayn düşüncə tərzi, ünsiyyət bacarıqları, komanda quruculuğu, karyera məqsədlərinin təyin olunması kimi mövzularda sahə üzrə ekspertlər tərəfindən təlimlərə cəlb olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi 3-cü kurs tələbələrinin şəxsi, peşəkar, karyera inkişafında dəstək göstərməklə sənaye əsaslı qrupların formalaşdırılması və kadr hazırlığına dəstək olmaqdır.