Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News ENGAGE layihəsi çərçivəsində tələbələr üçün təlim keçirilib

ENGAGE layihəsi çərçivəsində tələbələr üçün təlim keçirilib

23.02.2024     12     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində tələbələr üçün təlim keçirilib.

Təlim zamanı AzTU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah ENGAGE layihəsinin məqsədləri və əsas fəaliyyət istiqamətləri barədə tələbələrə ətraflı məlumat verib. O, layihə çərçivəsində həyata keçirilən beynəlxalq səfərlər və bu səfərlər zamanı əldə olunan təcrübələrdən bəhs edib.

Eyni zamanda, layihənin Avropa tərəfdaşları olan Estoniyanın Tallin Texnologiya Universiteti və İspaniyanın Kataloniya Politexnik Universitetinfə  formalaşmış sahibkarlıq ekosistemi haqqında təqdimat nümayiş etdirilib. Təlim çərçivəsində bu təcrübələrin Azərbaycan universitetlərində tətbiqi imkanları, tələbələrin sahibkarlıq fəaliyyətində iştirak perspektivləri və mümkün innovativ yanaşmalar müzakirə olunub.


Related news