Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində akademik heyət üçün təlim keçirilib.
Təlim zamanı AzTU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah ENGAGE layihəsinin məqsədləri və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, layihə çərçivəsində həyata keçirilən beynəlxalq səfərlər və bu səfərlər zamanı əldə olunan təcrübələri iştirakçılarla bölüşüb.
Eyni zamanda, layihənin Avropa tərəfdaşları olan İsveçin Kral Texnologiya Universiteti və Portuqaliyanın Lissabon Universitetində mövcud sahibkarlıq ekosistemi ilə bağlı təqdimat nümayiş etdirilib. Təlim çərçivəsində bu təcrübələrin Azərbaycan universitetlərində tətbiqi imkanları və mümkün yeniliklər ətrafında müzakirələr aparılıb.