Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri tələbələrlə görüşüb

Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri tələbələrlə görüşüb

17.04.2025     107     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın birgə əməkdaşlığı və tələbə gənclərin iştirakı ilə görüş keçirilib

Görüş çərçivəsində ilk olaraq universitetin prorektorları ilə İctimai Şura üzvləri arasında ali təhsildə idarəetmə, tələbələrin sosial rifahı və tədrisin keyfiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. İştirakçılar universitetin bir sıra fakültə və inzibati sahələrini əhatə edən infoturda iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra 300-dən çox tələbənin iştirakı ilə panel görüş başlayıb. Tədbirin açılışında AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə çıxış edərək ali təhsildə ictimai nəzarətin əhəmiyyəti, tələbələrlə açıq dialoqun rolu və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə məlumat veriblər.

Daha sonra tələbələrlə interaktiv panel müzakirələr təşkil olunub. Onlar təhsil prosesi ilə bağlı fikirlərini bölüşüb, mövcud çətinlikləri səsləndiriblər. Müzakirələr zamanı təcrübə imkanlarının genişləndirilməsi, qərarların qəbulunda tələbə iştirakının artırılması və universitet həyatında fəallığın təşviqi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda görüşün təşkilinə görə AzTU Tələbə Gənclər Təşkilatına təşəkkür ünvanlanıb. Bu cür təşəbbüslər tələbələrin fikirlərinin dinlənilməsi və ali təhsil sistemində iştirakçılığın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.


Related news