Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU TGT sədri “Enactus Misir” təcrübə mübadiləsində iştirak edib

AzTU TGT sədri “Enactus Misir” təcrübə mübadiləsində iştirak edib

28.06.2024     118     AzTU

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Texniki Universitetinin (AzTU)  “Enactus” komandası “Enactus Misir” təcrübə mübadiləsində təmsil olunub. Nümayəndə heyətində AzTU TGT sədri Ruslan Qənbərov da iştirak edib.

Səfərin ilk günü “Enactus Azərbaycan” komandaları “Enactus Misir” nümayəndəliyinin partnyor şirkəti “Orange Digital Center”də görüş keçirib. Görüş ərzində Enactus Misir nümayəndəliyinin fəaliyyət strategiyaları, iş prinsipi və tərəfdaşlıq cəlbi məsələləri müzakirə edilib.

Növbəti günlərdə isə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyinin heyəti ilə görüş keçirilib.

Görüş ərzində komandaların fəaliyyəti, görülmüş işlər və gələcək planlar müzakirə edilib.


Related news