Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Aslan Rzayev 1995-ci il yanvarın 21-də Bakıda anadan olub. 2012-ci ildə orta məktəbi bitirdikdən sonra AzTU-ya qəbul olunub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Aslan Rzayev 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar nümayiş etdirib. Oktyabrın 13-də Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Aslan Rzayev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!