Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-nun rektoru IX Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib

AzTU-nun rektoru IX Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib

13.11.2023     694     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib.

Məlumat verilib ki, AzTU-nun stendinin hazırlanmasında Kitabxana İnformasiya Mərkəzi (KİM), Yüksək Təhsil İnstitutu (YTİ) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) əməkdaşları yaxından iştirak edib. Burada ulu öndər Heydər Əliyevə həsr olunan ədəbiyyatlar, AzTU-nun professor-müəllim heyətinin müəllifi olduğu nəşrlər, həmçinin Energetika və avtomatika fakültəsinin tələbəsi Əli Xəlilovun hazırladığı startaplar nümayiş olunur. Rektor kitablar və startaplarla yaxından tanış olduqdan sonra sərginin digər stendlərinə də baxış keçirib.

Qeyd edək ki, sərgidə fəal iştirakına görə AzTU-ya sertifikat təqdim olunub.


Related news