Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Eldar Əfəndiyev vəfat edib.
Eldar Əfəndiyev 1969-cu ildən AzTU-nun Avtomobillər kafedrasında əmək fəaliyyətinə başlayıb, daha sonra fəaliyyətini Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasında müxtəlif vəzifələrdə davam etdirib.
60-a yaxın elmi, elmi-metodiki məqalənin müəllifi idi.
AzTU-nun rəhbərliyi və kollektivi Eldar Əfəndiyevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!