Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) arasında əməkdaşlıq uğurla davam edir.
Əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-də “Sənayedə mühərriklərin quraşdırılması və avtomatik (PLC-lə) idarə olunması” (PLC proqramlaşdırma dili, 3 fazalı mühərriklərin idarə edilməsi, Pnevmatik sistemlərin qurulması) təlimində iştirak edən AzTU tələbələrinə sertifikatlar təqdim olunub.
2 ay müddətində davam edən təlimlər Sənaye və İnnovasiyalar üzrə BDPTM-in metodist-təlimçi heyəti tərəfindən həyata keçirilib.
Qeyd edək ki, təlim namizədlərin ixtisas üzrə bilik və bacarıqlarının artırılması, həmçinin əmək bazarı üçün kadr hazırlığı həyata keçirmək məqsədilə təşkil olunub.