Pakistan İslam Respublikasının İslamabad Vəqf Universitetinin (FUI) rektoru Muhammad Kaleem Asifin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.
Qonaqları salamlayan rektor Vilayət Vəliyev AzTU-da son illər həyata keçirilən layihələrdən danışıb. Rektor Azərbaycanla Pakistan universitetləri arasında tədris və tədqiqat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
FUI rektoru Muhammad Kaleem Asif təmsil etdiyi ali təhsil müəssisəsində görülən işlərdən və yeniliklərdən bəhs edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra iki universitet arasında anlaşma memorandumu imzalanıb.