Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU ilə Milli Aerokosmik Agentliyi arasında anlaşma memorandumu imzalanıb

AzTU ilə Milli Aerokosmik Agentliyi arasında anlaşma memorandumu imzalanıb

05.07.2024     530     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Milli Aerokosmik Agentliyi (MAKA) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumu AzTU-nun rektoru Vilayət Vəliyev və MAKA-nın baş direktoru Natiq Cavadov imzalayıblar. Sənədə əsasən, tərəflər müdafiə təyinatlı məhsulların yaradılmasının elmi-texniki və texnoloji problemlərini əhatə edən yeni mövzuların yazılması, o cümlədən universitet-sənaye işbirliyi istiqamətində əməkdaşlıq edəcəklər.

Bundan başqa, tələbələrin MAKA-nın bazasında istehsalat təlimi və təcrübəsi keçmələri, elmi-tədqiqat işlərinin aparılması, MAKA-nın aparıcı mütəxəssislərinin AzTU-da tədris prosesinə, AzTU-nun professor-müəllim heyətinin isə MAKA-da elmi-tədqiqat, təcrübi-konstruktor və texnoloji layihələrin icrasına cəlb edilməsi nəzərdə tutulub.


Related news