Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da tələbələrə antinarkomaniya mövzusunda seminar keçirilib

AzTU-da tələbələrə antinarkomaniya mövzusunda seminar keçirilib

21.11.2023     630     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə antinarkomaniya mövzusunda seminar keçirilib.  

Tədbirdə çıxış edən AzTU-nun Sosial  İnkişaf  Mərkəzinin  direktoru Qəmər İsayeva bildirib ki, narkomaniya bəşəriyyətin ən qorxulu bəlasına çevrilib.  Dünyanı ciddi şəkildə narahat edən bu problemlə bağlı gəncləri maarifləndirmək məqsədilə universitetdə mütəmadi olaraq antinarkomaniya mövzusunda seminarlar təşkil olunur.

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin müvəkkili, polis mayoru Kamran Mayılov narkomaniyanın bəşəriyyətə vurduğu fəsadlardan söz açıb. Qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlətlə yanaşı, cəmiyyətin hər bir fərdi də fəal rol oynamalıdır. Eyni zamanda bu istiqamətd maarifləndirmə işlərinin genişləndirilməsinin zəruruiliyi də xüsusi vurğulanıb.

Daha sonra  narkomaniyanın insan həyatına təhlükəsini və fəsadlarını əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub.


Related news