Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “FinTech” laboratoriyasının açılışı olub

AzTU-da “FinTech” laboratoriyasının açılışı olub

24.02.2026     54     AzTU

Azərbaycan Fintex Assosiasiyasının (AzFina) tərəfdaşlığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “FinTech” laboratoriyasının (Fintech Lab) açılış mərasimi keçirilib.

Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov, Mərkəzi Bankın Ödəniş xidmətlərinin və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəisi Xəyaləddin Tağıyev, AzFina-nın İdarə Heyətinin sədri Edqar Abdullayev və universitetin nümayəndələri iştirak edib.

Qeyd olunub ki, “FinTech Lab” vasitəsilə tələbələrə maliyyə texnologiyaları sahəsində praktiki biliklərin aşılanması, maliyyə texnologiyaları bazarında hazırda ehtiyac duyulan ixtisaslı kadrların hazırlanması, ödəniş xidmətləri sektorunda fəaliyyət göstərən ödəniş təşkilatları və elektron pul təşkilatları ilə birgə layihələrin icrası, həmçinin ölkədə maliyyə savadlılığının artırılmasına dəstək verilməsi nəzərdə tutulur.

Daha sonra keçirilən tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev AzFina ilə qurulan bu əməkdaşlığı yüksək qiymətləndirib. Qeyd edib ki, bu əməkdaşlıq universitet-sənaye işbirliyinin inkişafı, eləcə də əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması istiqamətində faydalı olacaq.

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov maliyyə texnologiyaları sahəsinin tənzimləyicisi olaraq bu tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib. O, hazırda ölkəmizdə maliyyə texnologiyaları sahəsində mövcud vəziyyət və innovasiyalar haqqında məlumat verib. Vüsal Xəlilov 11 fevral tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə rəqəmsallaşma və süni intellekt sahəsinin inkişafının prioritet istiqamət kimi müəyyən edildiyini və bunun maliyyə texnologiyaları sahəsi üçün də mühüm hadisə olduğunu bildirib. Sədr müavini yeni açılan laboratoriyanın həm mütəxəssis hazırlığına, həm də maliyyə savadlılığının genişlənməsinə dəstək göstərməklə sektorun dayanıqlılığının artırılmasına töhfə verəcəyinə dair inamını ifadə edib.

Mərkəzi Bankın Ödəniş xidmətlərinin və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəisi Xəyaləddin Tağıyev sözügedən laboratoriyanın iş prinsipləri və fəaliyyət istiqamətləri haqqında məlumat verib, habelə laboratoriyanın Mərkəzi Bankın həyata keçirdiyi maliyyə savadlılığı strategiyasına uyğun mütəxəssislərin hazırlanmasının maliyyə texnologiyaları sahəsində mövcud olan kadr ehtiyacının azaldılmasına dəstək olacağını qeyd edib.

AzFina-nın İdarə Heyətinin sədri Edqar Abdullayev AzTU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və tələbələrin peşəkar mütəxəssis kimi yetişməsi istiqamətində bu laboratoriyanın əhəmiyyətini xüsusi qeyd edib. AzFina tərəfindən seçilən 3 təşkilat – “United Payment”, “Global Innovations” və “BakuPay” ödəniş və elektron pul təşkilatları laboratoriyada informasiya texnologiyaları üzrə mentorluq funksiyasını icra edəcək. Əlavə olaraq iqtisadiyyat istiqaməti üzrə potensial kadrların formalaşdırılmasında Mərkəzi Bank və AzFina tərəfindən zəruri dəstək göstəriləcək. Tədris zamanı uğur qazanan laboratoriya iştirakçılarına təşkilatlar tərəfindən iş imkanlarının təklif edilməsi nəzərdə tutulur.


Related news