Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində akademik heyət üçün növbəti məlumatlandırma sessiyası təşkil olunub.
Sessiya zamanı AzTU-nun Beynəlxalq layihələrin idarə olunması sektorunun müdiri Mətanət Paşayeva, Erasmus Ali Təhsildə Potensialın Artırılması layihələri haqqında ümumi məlumat verib, Erasmus ENGAGE layihəsinin məqsəd və fəaliyyət istiqamətləri barədə qısa icmal təqdim edib. O, həmçinin layihə çərçivəsində həyata keçirilmiş beynəlxalq səfərlər, əldə olunan təcrübələr və bu təcrübələrin universitet mühitində tətbiq imkanları haqqında iştirakçılara ətraflı məlumat verib.