Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən Biotibbi Mühəndislik İnstitutunda elmi-tədqiqat təcrübəsinə cəlb olunmuş magistrantlarla onlayn elmi seminar keçirilib.
Seminarda Biotibbi Mühəndislik İnstitutunun direktoru, tədqiqatçı professor, tibb elmləri doktoru Nuran Abdullayevin rəhbərliyi ilə "Biotibbi və radioelektron aparatların servis xidməti" və "Tibbi və texniki diaqnostik üsul və cihazlar" ixtisaslaşmaları üzrə təhsil alan magistrantlarla aktual elmi mövzular ətrafında geniş müzakirələr aparılıb. Magistrantların cari elmi-tədqiqat işləri, dissertasiya mövzuları, tətbiq etdikləri metodlar ətrafında diskussiyalar təşkil edilib və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Görüşdə institutun böyük elmi işçisi Cavid Abbaslı və təcrübə rəhbərləri, texnika üzrə fəlsəfə doktorları Günay Xasməmmədova, Xanım Səmədova və Aybəniz Abdullayeva iştirak edərək magistrantların təqdim etdiyi elmi nəticələrlə bağlı təklif və tövsiyələrini bölüşüblər.