Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb

AzTU-da Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb

04.10.2024     352     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İnsan resursları departamenti, Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin Beynəlxalq Müəllimlər Günü münasibətilə birgə təşkil etdikləri “İnnovativ həllər” layihə müsabiqəsinə yekun vurulub. Layihə müsabiqəsində AzTU-nun professor-müəllim heyəti və tələbələri 10 komanda şəklində iştirak edib. Müsabiqə iştirakçıları tədris prosesində müxtəlif situasiyalarda yaranmış çətinliklərə qarşı innovativ həll yolları təklif edərək münsiflər heyəti qarşısında təqdimat ediblər.

Münsiflər heyəti müsabiqəyə təqdim olunmuş layihə ideyalarını 5 meyar üzrə (innovativ və yaradıcı yanaşma, mövzuya uyğunluq, praktikada tətbiq edilmə, faydalılıq, komanda işi və təqdimatı) qiymətləndirib.

Müsabiqənin nəticəsinə əsasən, Aynurə İsmayılova və Kəmalə Səmədovanın birgə təqdim etdiyi “AzTU-da dərs prosesinin təşkilinə yeni yanaşma” layihəsi birinci, Məhiş Məhərrəmzadə, Baloğlan Nəcəfov və Nuranə Camalzadənin “AzTU - 3S” layihəsi isə ikinci yerə layiq görülüb.

“İnnovativ həllər” layihə müsabiqəsinin qaliblərinə AzTU tərəfindən pul mükafatı təqdim olunub.


Related news