Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-da “Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin final turu keçirilib

AzTU-da “Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin final turu keçirilib

18.06.2025     49     AzTU

“Azercell Telekom” MMC, Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin (AzTU) Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun dəstəyi ilə AzTU-da  “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin final turu keçirilib. Müsabiqədə 162 şagird iştirak edib.

Final turunda iştirakçılara 3 saat ərzində 5 alqoritmik məsələni C++, Python proqramlaşdırma dillərində həllini tərtib etmək və https://codeany.org/ portalında avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib.

Qeyd edək ki, müsabiqənin 5 aprel tarixində onlayn formatda keçirilmiş təsnifat mərhələsində Azərbaycanın müxtəlif bölgələrindən ümumtəhsil məktəblərinin 6-7-ci siniflərini təmsil edən 442 şagird iştirak etmiş və bunlardan 216-sı yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. 3 may tarixində onlayn formatda keçirilmiş yarımfinal mərhələsində ən yaxşı nəticə göstərmiş 162 şagird final mərhələsinə yüksəlmişdir.

 “Azercell Cup” müsabiqəsi 2021-ci ildən keçirilir. Müsabiqə istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi, şagirdlərin müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirakının təmin edilməsi məqsədi daşıyır.


Related news