Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Azərbaycan Texniki Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı

Azərbaycan Texniki Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı

13.06.2024     250     AzTU

AzEdu.az  Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə bu ali təhsil müəssisəsində təhsil alan “Brend tələbə”lər təltif ediliblər. 

Tədbirdə AzEdu.az Təhsil Portalının icraçı direktoru Tünzalə Abbasova, Metallurgiya ve materialsunasliq fakültəsinin dekan müavini Taleh Tağıyev, Sabah Mərkəzinin rəhbəri Aytən Sadıqova, Maşınqayırma və robototexnika fakültəsinin dekan müavini Elgün Şəbiyev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Lalə Piriyeva, Nəqliyyat və logistika fakültəsinin akademik məsləhətçi İltifat Məmmədli, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin dekan müavini Aytən Mövsümova, Xüsusi texnika və texnologiya fakültəsinin dekan müavini Esmira Astanova, MBA proqramı ixtisas rəhbəri Milana Orucova, Energetika və avtomatika fakültəsinin dekan müavini Ədhəm Baharov və həmin tələbələr iştirak ediblər. 

Mükafatlandırma mərasimində çıxış edən Tünzalə Abbasova “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib. O, qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var.

Daha sonra dekan müavinləri tələbələri təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıblar. 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

AzTU-nun "Brend tələbə" statusuna layiq görülmüş gəncləri: 

Rəvan Əlizadə - İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi; 

Selcan Kərimli - İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi; 

İsa Səttərov - Nəqliyyat və logistika fakültəsinin tələbəsi; 

Emin Əliyev - Energetika və avtomatika fakültəsinin tələbəsi; 

Azad Musayev - Xüsusi texnika və texnologiya fakültəsinin tələbəsi;

Şükran Xudaverdiyev - Maşınqayırma və robototexnika fakültəsinin tələbəsi;

Emil Gebekbeyov - İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi; 

Miralim Əkbərov - Metallurgiya və materialşünaslıq fakültəsinin tələbəsi; 

Ehtiram Şükürov - SABAH qruplarının tələbəsi; 

Rüfət Şixiyev- SABAH qruplarının tələbəsi; 

Afət Dadaşova - Magistratura tələbəsi.


Related news