Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU-da qış imtahan sessiyası başlayıb

Yanvarın 7-də Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. Sessiya fevralın 1-də yekunlaşacaq. Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 7-12 yanvar tarixlərini əhatə edəcək. İmtahanlar əyani təhsil alan birinci kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün kompüter vasitəsilə şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib. Magistratura səviyyəsində imtahanlar şifahi (yazılı) üsulla keçiriləcək. Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 8-dən 14-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq. Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir.

Yanvarın 7-də Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb ..

2024-01-07
AzTU

AzTU-da yeni məktəb yaradıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının 2023-cü il üzrə sonuncu iclası keçirilib. Rektor Vilayət Vəliyev qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb. Növbəti ildə də elm və təhsilin inkişafı istiqamətində komanda olaraq çalışmağı və nailiyyətlər əldə etməyi arzulayıb. Daha sonra qış imtahan sessiyasının səmərəliliyinin artırılması ilə bağlı müzakirələr aparılıb. İclasda akademik heyətin maaşının orta hesabla 20% artırılması ilə bağlı qərar qəbul olunub. Bundan başqa, əlavə təhsil, qısa-orta müddətli sertifikasiya proqramları, eləcə də sənaye tələbi əsasında formalaşan təhsil və təlimlərin aparılması məqsədilə AzTU-da Ömürboyu Öyrənmə Məktəbi yaradılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının 2023-cü il üzrə sonuncu iclası keçirilib. Rektor Vilayət Vəliyev qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının ..

2023-12-28
AzTU

AzTU-da Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə “AzTU TV”nin hazırladığı videoçarx nümayiş olunub. Sonra AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva çıxış edərək Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb. Nərmin Rzayeva 2023-cü ildə AzTU-da görülən işlər, həyata keçirilən yeniliklərdən danışıb. Bildirib ki, universitet müxtəlif istiqamətlər üzrə uğurlara imza atıb və bu fəaliyyət növbəti illərdə də davam etdiriləcək. Qazanılan uğurlarda müəllim və tələbələrin fəaliyyəti xüsusi qeyd olunub. Daha sonra AzTU-nun ictimai və sosial həyatında fəal iştirak edən tələbə, müəllim və əməkdaşlara təşəkkürnamə təqdim olunub. Bayram tədbiri tələbələrin ifasında mahnı və rəqslərlə davam edib.

Azərbaycan Texniki Universitetində (AzTU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Əvvəlcə ümummilli lider He ..

2023-12-28
AzTU

AzTU-nun dosenti vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının dosenti Elçin Məmmədov 63 yaşında vəfat edib. Elçin Məmmədov 1982-ci ildə AzTU-nun radioaparatların texnoloq-konstruktor mühəndisliyi ixtisasını bitirib. O, 1988-ci ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb. AzTU-nun rəhbərliyi və kollektivi Elçin Məmmədovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının dosenti Elçin Məmmədov 63 yaşında vəfat edib. Elçin Məmmədov 1982-ci ildə AzTU-nun radioaparatl ..

2023-12-27
AzTU

Virtual student laboratory established at AzTU

“Bakı Telefon Rabitəsi” LLC is implementing a Corporate Social Responsibility project aimed at supporting educational development. Within the framework of this project, a virtual student laboratory equipped with modern broadband-enabled devices has been launched at Azerbaijan Technical University (AzTU). With broadband internet access, students will be able to conduct scientific research, as well as carry out various tests and experiments in the laboratory. The primary objective is to foster the formation of in-house research and development centers at the university to produce highly skilled IT professionals, and to expand the application of technical equipment that supports broadband internet technology for meeting new requirements.

“Bakı Telefon Rabitəsi” LLC is implementing a Corporate Social Responsibility project aimed at supporting educational development. Within the framework of this project, a virtual student labora ..

2023-12-27
AzTU

AzTU-da günəş elektrik stansiyası istifadəyə verilib

Azərbaycan Texniki Universitetində (AzTU) dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində daha bir layihə həyata keçirilib. Belə ki, universitetin həyətində hər birinin gücü 500 vatt olan dörd ədəd müasir günəş panellərindən ibarət gücü 2 kVt olan günəş elektrik stansiyası istifadəyə verilib. AzTU-da bərpa olunan enerji sahəsində təhsil alan tələbələr stansiyanın iş prinsipi ilə tanış olacaq və praktiki vərdişlərə yiyələnəcəklər. Xatırladaq ki, cari ilin iyul ayında AzTU-da yaşıl enerji texnologiyalarının tədrisi üzrə bilik və bacarıqların davamlı yüksəldilməsi, energetika sahəsində yüksəkixtisaslı kadrların hazırlanması üçün universitetin həyətində külək qurğuları istifadəyə verilib. 

Azərbaycan Texniki Universitetində (AzTU) dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində daha bir layihə həyata keçirilib. Belə ki, universitetin həyətində hər birinin gü ..

2023-12-26
AzTU

AzTU-da Alman Mədəniyyət Günü keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) ənənəvi olaraq Alman Mədəniyyət Günü keçirilib. Tədbirdə AzTU-un alman dili qruplarında fəaliyyət göstərən akademik heyət Almaniyanın milli adətləri barədə məlumat verib. Həmçinin AzTU-nun foyesində Yeni ilin gəlişi münasibətilə hazırlanmış bayram süfrələri də nümayiş olunub. Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli AzTU-nun Almaniya universitetləri və Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə əlaqələrindən danışıb. Nurəli Yusifbəyli AzTU-da alman dilinin təşviqi ilə bağlı görülən işlər və DAAD-nin nümayəndəsi Klaudio Kasperlin universitetdə müəllimlik fəaliyyəti barədə də məlumat verib. Daha sonra beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Alman mühəndislik fakultəsinin dekanı Ərəstun Məmmədov  və  AzTU-da Alman dili müəllimi kimi fəaliyyət göstərən Klaudio Kasperl çıxış edərək AzTU-DAAD əməkdaşlığının perspektivlərindən danışıblar. Tədbir tələbələrin ifasında şeir və rəqslərlə davam edib.

Azərbaycan Texniki Universitetində (AzTU) ənənəvi olaraq Alman Mədəniyyət Günü keçirilib. Tədbirdə AzTU-un alman dili qruplarında fəaliyyət göstərən akademik heyət Almaniyanın mi ..

2023-12-22
AzTU

İKSAD-ın nümayəndə heyəti AzTU-da olub

Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) direktoru Mustafa Latif Emekin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqları salamlayan AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, tədris və tədqiqat sahələrində də əlaqələrin inkişaf etdiyini bildirib. Nurəli Yusifbəyli Türkiyənin aparıcı ali təhsil müəssisələri ilə ikili diplom proqramları, birgə tədqiqatlar və texnoparkların qurulması istiqamətində əməkdaşlığın AzTU-nun fəaliyyətinə mühüm təsirini vurğulayıb. Dünyanın tanınmış elm adamlarını sıralarına daxil edən İKSAD-ın müxtəlif sahələrə aid qlobal və regional tədqiqatlar apardığını, tədbirlər keçirdiyini qeyd edən təşkilatın direktoru Mustafa Emek türkdilli dövlətlərin elmi potensialının güclənməsinə önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, ötən il İKSAD-ın AzTU ilə birgə təşkil etdiyi konfrans uğurlu olub və bu qəbildən olan tədbirlərin növbəti illərdə də keçirilməsi təklif olunur. Nümayəndə heyətinə daxil olan Türkiyənin Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin rektoru professor Mehmet Tümay da qardaş ölkələr arasında bütün sahələrdə əməkaşlığın bundan sonra da inkişafının vacibliyini qeyd edib. Daha sonra Adana Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti və AzTU arasında tədris və tədqiqat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) direktoru Mustafa Latif Emekin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbayca ..

2023-12-22
AzTU

AzTU-da “100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə “100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirilib. Konfransda AzTU-nun rektoru professor Vilayət Vəliyev, Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran,  Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova və universitetin müəllim və tələbə heyəti iştirak edib.  Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub. Daha sonra Şəhidlər xiyabanı və “Türk Şəhidliyi” abidəsi ziyarət olunub. AzTU-da davam etdirilən tədbirdə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Konfransda açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru professor Vilayət Vəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinin qeyd olunması qardaş ölkələr üçün əlamətdar hadisədi. Bu mühüm tarixlərin məhz ərazi bütövlüyünü və suvereliyini tam bərpa etmiş Qalib Azərbaycanda qeyd olunması qürurvericidir. Fəxr hissi ilə qeyd etmək lazımdır ki, bu gün qardaş ölkələrin əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran qardaş ölkələr üçün əlamətdar tarixlər münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ən çətin anlarda xalqının yanında olub. Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir. Bu mənada ulu öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinin Azərbaycan və Türkiyənin hər yerində qeyd olunması doğmalığın, rəğbətin, həmrəyliyin bariz nümunəsidir.      Sonra AzTU-nun Humanitar fənlər kafedrasının müdiri dosent Həbib Mirzəyev, Hacettepe Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri professor Yonca İldeşin və İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşı Özləm Pınar Oran Azərbaycan və Türkiyə əlaqələrinin tarixi ilə bağlı geniş təqdimatla çıxış ediblər. Konfransın bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Milli Avaz” xorunun ifasında “Çırpınırdın, Qara dəniz” və "Ey əziz anam, Azərbaycan" mahnıları səsləndirilib. Tədbir “Su səsi” rəqs qrupunun çıxışı və tələbələrin ifasında şeir kompozisiyası ilə başa çatıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə “100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” möv ..

2023-12-22
AzTU

Şəhərdaxili hərəkət (mobillik) planının icrasına dair hesabat konfransı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) yerinə yetirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məsləhət xidmətinin - layihəsinin hesabat konfransı keçirilib. Tədbirdə Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri Musa Pənahov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, AzTU-nun rektoru Vilayət Vəliyev, müxtəlif qurumların nümayəndələri iştirak edib. Layihə haqqında məlumat verən AzTU-nun rektoru Vilayət Vəliyev  bildirib ki, universitet-sənaye-dövlət tandemində həyata keçirilən ilk layihələrdən olan mobillik planının icrası istiqamətində işlərin görülməsinə 2022-ci ildə başlanılıb. Layihə AzTU-nun Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilib. 2023-cü ildə ilkin olaraq universitetlə 16 şəhər və rayon (Yevlax şəhər, Şəki şəhər, Göyçay rayon, Ağcabədi rayon, Göygöl rayon, Şəmkir rayon, Naftalan şəhər, Mingəçevir şəhər, Tovuz rayon, Quba rayon, Qusar rayon, Xaçmaz rayon, Lənkəran şəhər, Biləsuvar rayon, Masallı rayon və Şirvan şəhər) icra hakimiyyətləri arasında müqavilə imzalanıb. Müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur. Müqavilələrin icrasına uyğun olaraq tələbələrin də iştirakı ilə əhali arasında sorğular keçirilib. Sorğuların monitorinqinin nəticəsinə uyğun olaraq şəhərdaxili hərəkət (mobillik) planı və müvafiq tədbirlər planı hazırlanıb. Planda piyadalar üçün təhlükəli ərazilərdə piyada keçidlərinin salınması, avtobusların hərəkət rejimlərinin təkmilləşdirilməsi, yeni avtobus marşrutlarının yaradılması, parklanma yerlərinin seçilməsi, velosiped yollarının çəkilməsi kimi məsələlər əksini tapıb. Rektor qeyd edib ki, mobillik planının qeyd olunan ərazilərdə tətbiqi nəticəsində nəqliyyatla bağlı neqativ hallar minimuma endiriləcək. Sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev çıxış edərək sözügedən layihədə  universitet-sənaye-dövlət tandeminin iştirakını müsbət dəyərləndiriblər. Qeyd olunub ki, AzTU-nun nəqliyat sahəsində yüksəkixtisaslı kadrlar hazırlayan universitet olaraq bu istiqamətdə dəstəyi hər zaman hiss olunur. AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov görülən işlərin hesabatı ilə bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilən layihə üzrə bölgələrdə əhali arasında sorğuların aparılmasına 100-ə yaxın tələbə (77 bakalavr, 22 magistr) və 15 müəllim cəlb olunub. Bundan başqa, Özbəkistan və Türkiyənin mobilliklə bağlı təcrübəsi öyrənilib. Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Hafiz Yolçuyev təqdim edilən hesabatla bağlı fikirlərini bölüşüb.   Tədbir sual-cavab sessiyası ilə davam edib.  

Azərbaycan Texniki Universitetində (AzTU) yerinə yetirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məsləhət xidmətinin - layihəsinin hesabat konfransı keçirilib ..

2023-12-21