Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU tələbələri iməcilikdə iştirak edib

Yeni tədris ilinin başlanması ərəfəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT) və tələbə-rektorunun təşkilatçılığı ilə universitetin həyətyanı sahəsində iməcilik təşkil olunub. “Universitetimizi gözəlləşdir, sev, qoru!” layihəsi çərçivəsində keçirilən iməcilikdə tələbə təşkilatlarının fəalları universitetin həyətyanı sahəsinin abadlaşdırılması və tədris korpuslarının ərazisində təmizlik işlərinin görülməsində iştirak ediblər.Qeyd edək ki, yeni tədris ilindən AzTU-da tələbələrdən ibarət “Green team” formalaşdırılacaq, həmçinin mütəmadi olaraq ekoloji aksiyalar təşkil olunacaq.     

Yeni tədris ilinin başlanması ərəfəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT) və tələbə-rekto ..

2022-09-03
AzTU

AzTU-da son 10 ildə ilk dəfə tələbə qəbulunda yüksək nəticə

Son 10 ildə Azərbaycan Texniki Universitetində (AzTU) ilk dəfə qəbulun nəticələri kəskin şəkildə artıb.Belə ki, 2022/2023-cü tədris ili üzrə AzTU-nun plan yeri 97.62 % dolub. Bu rəqəm ötən il 78% təşkil edib.Yüksək ballar üzrə qəbulda da ötən illərlə müqayisədə xeyli artım var.Belə ki, 2022/2023-cü tədris ili üzrə AzTU-ya qəbul olunan 4 abituriyent 600-dən yuxarı nəticə göstərib. Onlar arasında ən yüksək nəticə göstərən abituriyent 643,7 balla kompüter mühəndisliyi ixtisası üzrə Ankara Universieti ilə ikili diplom proqramına qəbul olunub.500-dən yuxarı nəticə göstərənlərin sayı da ötən illərlə müqayisədə dəfələrlə artıb.Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə AzTU-nun magistratura səviyyəsinə qəbul da ötən illərlə müqayisədə 5 dəfə artıb. 

Son 10 ildə Azərbaycan Texniki Universitetində (AzTU) ilk dəfə qəbulun nəticələri kəskin şəkildə artıb.Belə ki, 2022/2023-cü tədris ili üzrə AzTU-nun plan yeri 97.62 % dolub. Bu rə ..

2022-09-02
AzTU

Türkiyəli tələbələr AzTU-ya səfər edib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin təşkilatçılığı ilə türkiyəli tələbələr Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Türkiyənin müxtəlif ali məktəblərində təhsil alan sonuncu kurs tələbələrinin AzTU-ya səfəri “Təcrübə paylaşım” proqramı çərçivəsində həyata keçirilib. Əvvəlcə  tələbələr AzTU-nun müxtəlif tədris korpusları ilə tanış olublar. Onlar həmçinin TİKA-nın dəstəyi ilə yaradılan “Cezeri Lab” laboratoriyasına baxış keçiriblər. Laboratoriyada tələbələrə burada aparılan sınaqlar barədə ətraflı məlumat verilib.Tələbələr daha sonra AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər. Görüş zamanı AzTU-da görülən işlər, həyata keçirilən innovativ yeniliklər barədə tələbələrə ətraflı məlumat verilib.       

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin təşkilatçılığı ilə türkiyəli tələbələr Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Türk ..

2022-09-02
AzTU

AzTU-nun rektoru Vilayət Vəliyevin təbriki 

   Əziz abituriyentlər!Hər birinizi Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi adını qazanmağınız münasibətilə ürəkdən təbrik edirəm!Sizə təhsilinizdə və gələcək həyatınızda uğurlar, müvəffəqqiyyətlər və bol şans arzulayıram!AzTU ailəsinin üzvü olduğunuz üçün hər birinizi bir daha təbrik edirəm!Tələbə adınız mübarək!

   Əziz abituriyentlər!Hər birinizi Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi adını qazanmağınız münasibətilə ürəkdən təbrik edirəm!Sizə təhsilinizdə və gələcək h ..

2022-09-01
AzTU

AzTU-da təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı uzadıldı

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı sentyabrın 20-dək uzadılıb.Qəbul yalnız elektron qaydada həyata keçirilir.Təkrar ali təhsil almaq istəyənlər http://tekrar-alitehsil.aztu.edu.az:9594/ linkinə daxil olub qeydiyyatdan keçərək aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər· rektorun adına ərizə;· ali təhsil haqqında sənədin (diplomun və əlavəsinin) notarial təsdiqi;· 3x4 sm ölçüdə fotoşəkil;· şəxsiyyət vəsiqəsinin surəti.Qeyd: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslərin diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.Sənəd qəbulu üçün son tarix: 20.09.2022Əlavə məlumat üçün:Telefon: (+99450) 261-38-16,  (+99412) 539-12-65E-poçt: [email protected]

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı sentyabrın 20-dək ..

2022-09-01
AzTU

AzTU ilə TUSAŞ arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türk Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) nümayəndələri ilə görüşüb. Görüşdə universitet-sənaye işbirliyi çərçviəsində TUSAŞ-la əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.Daha sonra TUSAŞ nümayəndə heyəti AzTU-da aparılan yenidənqurma işləri ilə tanış olub.Qonaqlar universitetin laboratoriya və auditoriyalarına da baxış keçiriblər.               

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türk Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) nümayəndələri ilə görüşüb. Görüşdə universitet-sənaye işbirliyi çə ..

2022-08-31
AzTU

AzTU-nun rektoru “Azərenerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinə səfər edib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərenerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinə səfər edib.Əvvəlcə nümayəndə heyəti kompleksin Tədris və Laboratoriya mərkəzləri ilə tanış olub. Tanışlıq zamanı müvaviq ixtisaslar üzrə təhsil alan tələbələrin mərkəzlərdə praktiki məşğələlər keçməsi və yeni texnologiyalarla yaxından tanış olması istiqamətində faydalı müzakirələr aparılıb.Tanışlıqdan sonra “Azərenerji” ASC-nin prezidentinin ümumi məsələlər üzrə müşaviri Vüqar Əliyev AzTU nümayəndə heyəti ilə görüşüb və kompleks haqqında ətraflı məlumat verib. Bildirib ki, kompleksin Tədris və Laboratoriya mərkəzlərində universitetlərlə əməkdaşlıq çərçivəsində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təcrübə keçir. AzTU-nun ixtisasları bu mərkəzlərin profillərinə tam uyğun olduğundan tələbələrin burada müasir texnologiyaları öyrənməsi onların gələcək karyeralarına müsbət təsir göstərə bilər. Bu məqsədlə Tədris Mərkəzində müxtəlif sinif otaqları təşkil edilib. Kompleksin Laboratoriya Mərkəzində isə tələbələrə müxtəlif növ sınaqların aparılması üçün bütün imkanlar yaradılıb. Qeyd olunub ki, bu cür laboratoriyalar ölkədə ilk dəfə yaradılıb.AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, universitet kompeksin mərkəzləri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Tələbələrin praktiki məşğələlərinin burada təşkil edilməsi həm də onların bacarıq və vərdişlərinin müasir tələblərə uyğun formalaşmasına mühüm təsir edəcək. Həmçinin tələbələrin burada iştirakı universitet-sənaye işbirliyinin inkişafına da öz töhfəsini verəcək. Rektor qeyd edib ki, magistrlərin də mərkəzlərə cəlb olunması və onların dissertasiya mövzularını buradan götürməsi əsas məqsədlərdən biridir. Bundan başqa, komplekslə universitetin əməkdaşlığı çərçivəsində energetika sektoru üçün yeni ixtisasların açılması da mühüm şərtlərdəndir.              

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərenerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinə s ..

2022-08-26
AzTU

AzTU ilə Cənubi Qazaxıstan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi Qazaxıstan Bakıdakı səfirliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunur. Bu tədbirlər çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Cənubi Qazaxıstan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu AzTU-nun rektoru Vilayət Vəliyev və Cənubi Qazaxıstan Dövlət Universitetinin rektoru Dariya Kоjаmjarova imzalayıblar. Sənədə əsasən, hər iki universitet birgə tədris və elmi-tədqiqatların aparılması istiqamətində əməkdaşlıq edəcək.  

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi Qazaxıstan Bakıdakı səfirliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunur. Bu tədbirlər çərçiv ..

2022-08-25
AzTU

AzTU-nun yeni prorektoru kollektivə təqdim olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilən Fariz Mustafayev kollektivə təqdim olunub. Fariz Mustafayevi kollektivə təqdim edən Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev onun bu vəzifədə böyük təcrübəsinin olduğunu xüsusi qeyd edib. Bildirib ki, ali təhsil müəssisələrində daxili nizam-intizamın yüksək səviyyədə saxlanılması üçün ümumi işlər üzrə prorektorun üzərinə böyük məsuliyyət düşür.AzTU-nun rektoru Vilayət Vəliyev də ümumi işlər üzrə prorektor vəzifəsinə yeni təyin olunan Fariz Mustafayevi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.  Öz növbəsində Fariz Mustafayev ona göstərilən etimada görə təşəkkürlərini bildirib.   

Azərbaycan Texniki Universitetinin (AzTU) ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilən Fariz Mustafayev kollektivə təqdim olunub. Fariz Mustafayevi kollektivə təqdim edən Elm v ..

2022-08-22
AzTU

TİKA Bakı nümayəndəliyinin koordinatoru AzTU-da görülən işlərlə tanış olub

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmazın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Qonaqları salamlayan rektor Vilayət Vəliyev bu yaxınlarda TİKA-nın Bakı nümayəndəliyində olduğunu və əməkdaşlıqla bağlı faydalı müzakirələrin aparıldığını xatırladıb. Bildirib ki, AzTU TİKA ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bu əməkdaşlıq əlaqələri universitet-sənaye işbirliyinin inkişafına da öz töhfəsini verə bilər. Rektor TİKA tərəfindən universitetə hədiyyə edilən “ezAFM+” Atomik Mikroskopuna görə də təşəkkürlərini bildirib. Qeyd olunub ki, mikroskopdan fizika, nanotexnologiya, materialşünaslıq, biologiya, yarımkeçirici texnologiyaları, molekulyar mühəndislik kimi sahələrdə, tədrisdə və elmi-tədqiqatlarda istifadə ediləcək. Rektor bildirib ki, hazırda mikroskopun istifadə ediləcəyi auditoriyanın seçilməsi istiqamətində işlər aparılır. Yaxın aylarda Türkiyədən dəvət olunan mütəxəssislər sözügedən qurğunun istifadəsi ilə bağlı AzTU-da təlimlər təşkil edəcək.TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz bildirib ki, səfərin məqsədi həm AzTU-da görülən işlərlə tanış olmaq, həm də yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Fatih Yılmaz universitetə təqdim olunan mikroskopun tədris və tədqiqatın keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm əhəmiyyətə malik olacağına da ümid etdiyini deyib.Daha sonra qonaqlar AzTU-da görülən yenidənqurma işləri ilə tanış olublar.    

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmazın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) s ..

2022-08-16