Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Yay semestrində iştirak etmək istəyən tələbələrin nəzərinə!

Yay semestrində iştirak etmək istəyən tələbələrin nəzərinə!

2024-07-01
147

Azərbaycan Texniki Universitetində (AzTU) 2023/2024-cü tədris ili üzrə 21.07.2024-cü il tarixindən 31.08.2024 tarixinədək yay semestri təşkil edilir.

Yay semestri akademik borcların ləğv edilməsi, fənlərin prerekvizitliyi gözlənilməklə humanitar fənlər bölümünə daxil olan, ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi məqsədləri ilə təşkil olunur.

Yay semestrində tələbə maksimum 10 kredit fənn dinləyə bilər.

Digər ali təhsil müəssisələrinin tələbələri də AzTU-nun yay semestrinə müraciət edə bilər.

Müraciət üçün son tarix: 14.07.2024