Magistraturaya qəbul olmuş şəxslər 9 – 18 iyul tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.
Tələb olunan sənədlər:
Diplom və diplom əlavəsinin scan variantı;
Universiteti bu il bitirənlər üçün bitirdiklərinə dair arayışın scan variantı;
Hərbi biletin scan variantı (yazılı olan bütün səhifələr yüklənməlidir), (hərbi bileti olmayanlar üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsinin scan variantı);
Ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzinin scan variantı.
QEYD: Ödəniş poçt, Birbank mobil tətbiqi vasitəsilə və ya Kapital Bankın filiallarında həyata keçirilə bilər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Hər hansı sualı olanlar AzTU-da magistrlara dəstək üçün yaradılmış qərargaha müraciət edə bilərlər.
Əlaqə: (+99450) 225 92 77, (+99412) 538 94 40
Ünvan: AzTU, əsas korpus (410, 421 və 422-ci auditoriya)