Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar İnsan resursları departamentinə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir

İnsan resursları departamentinə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir

2024-05-24
905

Azərbaycan Texniki Universitetinin (AzTU) İnsan resursları departamentinə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir.

Vəzifə öhdəlikləri:

· Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, yerdəyişməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və digər  sənədlərin rəsmiləşdirilməsi;

· İşçilərin şəxsi işlərinin formalaşdırılması;

· İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;

· Məzuniyyət qrafikininin və cədvəlinin tərtibi və təmin edilməsi;

· İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edilməsi;

· Kadrlar üzrə hesabatların tərtib edilməsi;

· Kadr sənədləşməsinə mütəmadi nəzarət;

· Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində təsdiqlənmiş strukturun və ştata uyğun olaraq işçilərin düzgün yerləşdirilməsi.

Tələblər: 

· Ali təhsil;

· İnsan resursları sahəsində minimal iş təcrübəsi – 1-3 il; 

· AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək, bu sahədə praktiki təcrübəyə malik olmaq;

· Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;

· Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və işçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyi bilmək;

· Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.);

· İşgüzar davranış etikası.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.                                                             

Müraciət üçün son tarix: 30.06.2024-cü il saat 18:00