Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya kommunikasiya texnologiyaları şöbəsinə elektron təhsil sistemi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
· Təhsil: Ali;
· Dil biliklari: Azərbaycan dilini səlis bilməli, rus və ingilis dili arzuolunandır;
· Kompüter bilikləri: MS Office;
· Dəqiqlik, detallara diqqət, operativlik, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və zamandan düzgün istifadə bacarıqları;
· İş təcrübəsi: Təhsil sahəsində ən azı 1 il iş təcrübəsi.
Vəzifə öhdəlikləri:
· Yeni qəbul olunmuş tələbələr üçün Elektron Təhsil Sisteminə (ETS) giriş hesabının yaradılması və giriş məlumatlarının təqdim edilməsi;
· Yeni müəllimlərə ETS hesabının yaradılması və giriş məlumatlarının təqdim edilməsi;
· Müstəqil qrupların yaradılması;
· Daxil olan əmrlərin və xidməti məruzələrin vaxtında icra edilməsi;
· ETS-də mövcud olmayan fənlərin yaradılması;
· Yeni ixtisas və ya ixtisaslaşma olarsa ETS-də yaradılması;
· İmtahan cədvəllərinin hazırlanması;
· Müəllimlərin kafedralar siyahısına əlavə edilməsi.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 25.10.2024-cü il saat 18:00