Azərbaycan Texniki Universitetinin (AzTU) aşağıda adları qeyd olunan fakültələrinə tyutor vəzifəsinə vakansiya elan edilir.
· Metallurgiya və materialşünaslıq fakültəsi
· İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi
· İqtisadiyyat və idarəetmə fakültəsi
· Alman mühəndislik fakültəsi
· Qiyabi və Distant Təhsil Mərkəzi
Tələblər:
· Müvafiq ixtisas üzrə ali təhsil (magistr dərəcəsi);
· Təhsil sahəsi üzrə iş təcrübəsi (Tyutor təlim sertifikatı arzuolunandır);
· Təhsil haqqında AR Prezidentinin, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;
· Dil bilikləri: rus, ingilis və s. dillərdə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək;
· Ms Office proqramları üzrə biliklər;
· Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək.
Vəzifə öhdəlikləri:
· Tələbələrin akademik maraqlarını qoruyur və müdafiə edir;
· Tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatları və sənədləri tələbələrə təqdim edir;
· Tələbələrin fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup halında və ya fərdi məsləhətlər verir;
· İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil edir;
· Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar (proqramlar) üzrə iş planlarının tərtib edilməsində iştirak edir;
· Tələbələrə fərdi tədris planında dəyişiklik aparmağa yardım göstərir;
· İstiqamətlər (ixtisaslar, proqramlar) üzrə təhsil almaq üçün lazım olan metodik materialların hazırlanmasına və mövcudluğuna, eləcə də tələbələrin fənlər üzrə attestasiyasının keçirilməsinə nəzarət edir;
· Ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təşkil olunan nəzarət komissiyalarının işində iştirak edir;
· Yay semestrinin təşkilində iştirak edirlər.
Bilməlidir:
· “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;
· Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; · Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
· Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və psixologiyasını;
· Tədris planlarının və proqramlarının tərtibini;
· Tələbələrlə davranış qaydalarını;
· Tələbələrlə işin psixoloji xüsusiyyətləri.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 10.08.2024