Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar AzTU İnformasiya Tədris Mərkəzinə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edilir

AzTU İnformasiya Tədris Mərkəzinə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edilir

2023-10-16
1150

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya Tədris Mərkəzinə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edilir.

Tələblər:

- Ali təhsil (magistratura səviyyəsi);

- Müvafiq sahə və ya təhsil sahəsi üzrə iş təcrübəsi arzuolunandır;

- Dil bilikləri: rus, ingilis və s. dillərdə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək;

- Ms Office və s. (əgər varsa) proqramlar üzrə biliklər;

- Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, analitik düşünmə.

Əmək funksiyaları:

Strukturun (mərkəzin) illik iş planının hazırlanmasına və icrasına nəzarət etmək;

Növbəti tədris ili üçün işçi tədris planlarının və tədris yüklərini hazırlamaq;

İmtahan cədvəllərinin hazırlanması prosesində iştirak etmək;

Tədris planına uyğun dərs cədvəllərinin hazırlanmasında iştirak etmək;

Mühazirə və imtahan sessiyasının keçirilməsi ilə bağlı təşkilati tədbirləri icra etmək;

Tədrislə bağlı normativ sənədlərin, metodiki tövsiyyələrin icrasını təşkil etmək;

İmtahanların təşkilində iştirak etmək;

Kredit sistemi və ümumilikdə tədrislə bağlı qaydalarla tələbələri yaxından tanış etmək;

Hesabat blanklarının (tələbə bileti, arayış- çağırış və s.) və dövlət nümunəli sənədlərin ( diploma əlavə, akademik arayış) alınması, doldurulması və saxlanılmasını təşkil etmək;

- Tələbələrin bərpası və köçürülməsi ilə bağlı sənədləri və xidməti məruzələri  hazırlamaq.

Maaş: 650 AZN (Gross)

Müraciət üçün son tarix: 24.10.2023

Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.