Azərbaycan Texniki Universitetində (AzTU) növbəti tələbə-rektor seçkisi üçün namizədlərin qəbuluna başlanılır.
Tələbə-rektor universitetin bərabər hüquqlu ictimai idarəetmə orqanlarından biridir və “Azərbaycan Texniki Universitetinin tələbə-rektorunun seçkiləri və statusu haqqında əsasnamə”yə uyğun olaraq seçilir.
Bir il müddətinə seçilən tələbə-rektor ona verilən səlahiyyətlər daxilində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edir.
Kimlər namizədliyini irəli sürə bilər?
· AzTU-da əyani təhsil alan (sonuncu kurs tələbələri istisna olmaqla) tələbələr;
· təhsil aldığı müddətdə akademik borcu olmayan tələbələr;
· fakültə və ya universitetin İntizam Komissiyası tərəfindən tənbehi olmayan tələbələr;
· ümumi orta müvəffəqiyyət göstəricisi 81 baldan yuxarı olan tələbələr.
Qeyd edək ki, namizədlərin qəbulu zamanı xarici dil biliyi olan tələbələrə üstünlük veriləcək.
Namizədlər aşağıdakı sənədləri seçki komissiyasına təqdim etməlidir:
· komissiyaya yazılı ərizə;
· namizədin anketi (CV);
· tələbə biletinin, yaxud universitetdə əyani təhsil aldığını sübut edən digər müvafiq sənədin surəti;
· oxuduğu müddətdə aldığı qiymətlər haqqında möhürlə təsdiqlənmiş akademik transcript.
Sənədlərin qəbulu 1-ci korpus, 311-ci otaqda həyata keçirilir.
Müraciət üçün son tarix: 10 mart 2023-cü il
Namizədliyi təsdiq olunmuş tələbələr haqqında universitetin professor-müəllim heyəti tərəfindən rəy toplanacaq.
Seçki ilk olaraq fakültələr üzrə keçirildikdən sonra Tələbə Senatı formalaşdırılacaq. Bundan sonra senat öz aralarından səsvermə yolu ilə bir nəfəri tələbə-rektor təyin edəcək.
Namizədliyini irəli sürən tələbələr əlavə məlumat üçün tələbə-rektor seçki komissiyasının sədri, Humanitar fənlər kafedrasının müdiri Həbib Mirrzəyevə ([email protected]) müraciət edə bilərlər.