Azərbaycan Texniki Universitetinin (AzTU) Maliyyə və Təminat Departamentinə kargüzar vəzifəsi üzrə vakansiya elan olunur.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- 3 ildən az olmayaraq iş təcrübəsi;
- Ms Office proqramları (Word, Excel, Power Point) üzrə biliklər;
- Dil bilikləri: rus, ingilis dili bilikləri üstünlük olaraq qəbul ediləcək;
- “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı, Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq kargüzarlıq işinin təşkili qaydalarını; Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericilik aktlarnı bilmək.
Əmək funksiyaları:
- Departamentin öz fəaliyyətini həyata keçirməsi ilə əlaqədar səndləşdirmə və sənədlərlə işi təşkil etmək;
- Daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq;
- Departamentdaxili yığıncaqların protokollarının yazılmasını, onların vaxtında tərtibini, qəbul olunmuş qərarların göndərilməsini təmin etmək;
- Daxil və xaric olan sənədlərin, ərizə və şikayətlərin vaxtında icra edilməsinə nəzarət etmək;
- Sənədlərin icra müddətinə nəzarət etmək;
- Sənədlərin surətlərini çıxarmaq, çoxaltmaq işlərini həyata keçirmək;
- Sənədləri işlər üzrə müəyyən ardıcıllıqla sistemləşdirmək və arxivə təhvil vermək;
- Sənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin etmək;
- Kargüzarlıqda yaranan sənədlərin mərkəzləşmiş qeydiyyatını və qorunmasını təmin etmək;
- Rəhbərliyin digər tapşırıqlarını həyata keçirmək;
Müraciət üçün son tarix: 03.11.2023
Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.