Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar AzTU-da dərs cədvəlinin qurulması və auditoriyaların idarə edilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur

AzTU-da dərs cədvəlinin qurulması və auditoriyaların idarə edilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur

2025-01-13
472

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə dərs cədvəlinin qurulması və auditoriyaların idarə edilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur. 

Tələblər:

• Ali təhsil;

• Təhsil sahəsində minimum 1 il iş təcrübəsi;

• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (Rus və ingilis dili arzuolunandır);

• Microsoft Office proqramları (Word, Excel, Power Point) və digər analitik proqramlardan istifadə bacarığı;

• Elektron sistemlərdən istifadə bacarığı;

• Kommunikasiya bacarıqları;

• Yaxşı təşkilatçılıq və analitik düşünmə.

Vəzifə öhdəlikləri:

· “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını bilmək;

· Universitetin bakalavriat və magistratura təhsil səviyyələri üzrə illik işçi tədris planlarına uyğun olaraq tədris yüklərinin yoxlanılması və uyğunsuzluqların aradan qaldırılması;

· Qruplar, fənlər, auditoriyalar və kafedralarda tədris edən müəllimlər barədə baza məlumatların elektron sistemə daxil edilməsi;

· İllik tədris yükü əsasında dərs saatlarının elektron sistemə daxil edilməsi, bu zaman meydana çıxan problemlərin və çatışmazlıqların aşkar edilməsi, müvafiq strukturlara məlumat verilməsi və düzəlişlərin təmin edilməsi;

· Dərs cədvəllərinin (bakalavriat, magistratura səviyyələri və həmçinin, yay semestri üzrə) universitetin daxili qaydalarına uyğun olaraq tərtib edilməsi və koordinasiya olunması;

· Mühazirə, seminar və laboratoriya dərsləri üçün auditoriyaların müəyyənləşdirilməsi və onların resurslardan səmərəli istifadə olunmaqla bölüşdürülməsi;

· Dərs cədvəllərinin müəyyən edilmiş vaxtda fakültələrə və kafedralara göndərilməsi;

· Gözlənilməz dəyişikliklər zamanı dərs cədvəlində müvafiq düzəlişlərin edilməsi, vaxtında müəllimlərə və fakültələrə çatdırılması;

· Şikayət və təkliflərin toplanması, təhlil edilməsi və onların əsasında cədvəllərin təkmilləşdirilməsi. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 27.01.2025-ci il saat 18:00