Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar AzTU-da 2024/2025-ci tədris ilində təkrar ali təhsil üçün sənəd qəbulu elan olunur

AzTU-da 2024/2025-ci tədris ilində təkrar ali təhsil üçün sənəd qəbulu elan olunur

2024-06-20
595

                                                  AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

                                                          AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ 

2024/2025-ci tədris ilində ödənişli təkrar ali təhsil almaq üçün aşağıdakı ixtisaslarda qiyabi təhsil foması üzrə sənəd qəbulu elan edir: 

- 050401   Beynəlxalq ticarət və logistika

- 050402   Biznesin idarə edilməsi

- 050405   İqtisadiyyat

- 050407   Marketinq

- 050408   Menecment

- 050410   Statistika

- 050606   Ekologiya mühəndisliyi

- 050607   Elektrik və elektronika mühəndisliyi

- 050608   Energetika mühəndisliyi

- 050615   İnformasiya təhlükəsizliyi

- 050616   İnformasiya texnologiyaları

- 050620   Kompüter mühəndisliyi

- 050621   Loqistika və nəqliyyat texnologiyaları mühəndisliyi

- 050622   Maşın mühəndisliyi

- 050623   Materiallar mühəndisliyi

- 050627   Metallurgiya mühəndisliyi

- 050628   Mexanika mühəndisliyi

- 050632   Nəqliyyat mühəndisliyi

- 050634   Proseslərin avtomatlaşdırılması mühəndisliyi

- 050636   Radiotexnika və telekommunikasiya mühəndisliyi 

Sənədlərin qəbulu (elektron formada):

● Təkrar ali təhsilə sənəd qəbulu elektron https://portal.edu.az/ vasitəsilə həyata keçirilir.  

● Aşağıdakı sənədlərin elektron surətinin sistemə daxil edilməsi tələb olunur:

o Şəxsiyyət vəsiqəsinin elektron surəti;

o Diplomun elektron surəti;

o Diplom əlavəsinin elektron surəti;

o Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış (my.gov.az portalından istifadə edə bilərsiniz);

o İş yerinə dair arayış/əmək kitabçasının elektron surəti.  

Sənədlərin qəbulu (kağız formada):

● Təkrar ali təhsilə sənəd qəbulu 20 iyun 2024-cü il tarixindən 30 avqust 2024-cü il tarixinədək həyata keçirilir.

● İddiaçılar sənədlərini saat 10:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) Azərbaycan Texniki Universitetinin (AzTU) inzibati binasında (H.Cavid prospekti 25, əsas tədris binası, 1-ci mərtəbə, otaq 127) təqdim edə bilərlər.

● Sənədlərin siyahısı:

Rektorun adına ərizə (AzTU-da yazılır); 

o Şəxsiyyət vəsiqəsinin surəti (2 ədəd);   

o Şəkil (3x4 (1 ədəd));   

o Ali təhsil haqqında diplomun əlavəsi ilə birlikdə surəti (notarial qaydada təsdiq);

o Əmək kitabçasının surəti;

o CV (formaya uyğun);   

o Çalışdığı müəssisənin razılıq məktubu (xüsusilə dövlət orqanlarında çalışanlara şamil olunur).

Müraciət üçün son tarix: 30.08.2024

Əlaqə:

● Şərəfxanım Əliyeva

Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin müdir müavini

Ünvan:

● Azərbaycan Texniki Universiteti, H.Cavid prospekti 25, əsas tədris binası, otaq 127, 1-ci mərtəbə

Mob./Whatsapp: (+994 10) 228 36 67; (+994 70) 478 09 93;

E-poçt: [email protected]

İnternet səhifəsi: www.aztu.edu.az 

 Qeyd:  

● 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

● Qeyd olunan ixtisaslara qəbul olunmaq istəyənlər tələb olunan sənədləri hər iki formada elektron və rəsmi qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil hüququnu qazanacaqlar.

● Təkrar ali təhsili almaq üçün əvvəlki ali təhsili fərqli və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir. 

● Təhsil ödənişlidir. Təhsil haqqı ayrı-ayrı ixtisaslara uyğun olaraq müəyyən edilib (siyahı əlavə olunur).

● Təhsil Azərbaycan dilində aparılır.