Azərbaycan Texniki Universiteti (AzTU) 2023/2024-cü tədris ilində təkrar ali təhsil (ödənişli) almaq üçün aşağıdakı ixtisaslarda əyani və qiyabi təhsil fomaları üzrə sənəd qəbulu elan edir:
Sənədlərin qəbulu iki formada aparılır:
1. Elektron formada
· Sənəd qəbulu https://portal.edu.az/ portalı vasitəsilə həyata keçirilir.
Aşağıdakı sənədlərin elektron surətinin sistemə daxil edilməsi tələb olunur:
-Ali təhsil haqqında diplom və diplom əlavəsinin surəti
-Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış (my.gov.az portalından istifadə edə bilərsiniz)
- Şəxsiyyət vəsiqəsinin surəti
2. Kağız formada
- Rektorun adına ərizə (ərizə forması)
- Şəkil (3x4 ölçülü, 4 ədəd)
- Ali təhsil haqqında diplom və diplom əlavəsinin surəti (notarial qaydada təsdiqi)
- Əmək kitabçasının surəti
- Şəxsiyyət vəsiqəsinin surəti
- CV (formaya uyğun )
Ətraflı məlumat üçün:
Şərəfxanım Əliyeva
Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin müdir müavini
Mob./Whatsapp: +994 70 478 09 93
E-poçt : [email protected]
Ünvan:
Təkrar ali təhsilə sənəd qəbulunun vaxtı 11 sentyabr 2023-cü il saat 18:00-dək uzadılıb. Sənəd qəbulu (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək (Əsas tədris binası, mərtəbə 2, otaq 220, Azərbaycan Texniki Universiteti, H.Cavid prospekti 25) həyata keçirilir.
Qeyd:
· 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
· Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron və ya əyani qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.
· Təhsil ödənişlidir.
· Təhsil Azərbaycan və rus dillərində aparılır.