27-28 oktyabr 2022-ci il tarixlərində Sumqayıt Dövlət Universiteti və Kazan Dövlət Energetika Universitetinin birgə təşkilatçılığı ilə “Tətbiqi fizika və energetikanın aktual məsələləri” mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcək. Konfransın işçi dili: azərbaycan, türk, rus və ingilis. Materiallar 1 oktyabr 2022-ci il tarixinədək təqdim olunmalıdır. Ətraflı məlumat üçün əlaqə: Tel: (012) 538-94-16 E-poçt: [email protected]