Azərbaycan Texniki Universitetinin (AzTU) Strategiyasının icrası məqsədilə 2023-cü ildə Strateji İnkişaf Mərkəzi yaradılmışdır. 30 sentyabr 2024-cü il tarixli, F159 saylı əmr əsasında, universitetin yeni strukturunun təsdiq edilməsindən sonra, Strateji inkişaf mərkəzi öz fəaliyyətini Strateji inkişaf şöbəsi olaraq davam etdirir.
Strateji İnkişaf şöbəsi AzTU-nun strateji inkişaf planının, fəaliyyət planın hazırlanması, onların icrasına nəzarət edilməsi istiqamətində fəaliyyət göstərən əsas struktur bölmələrdən biridir. Şöbənin əsas məqsədi universitetin missiyasına, vizyonuna və əsas məqsədlərinə uyğun şəkildə davamlı və sistemli inkişafını təmin etməkdir.
Əsas fəaliyyət istiqamətləri:
· Universitetin inkişafı üçün əsas fəaliyyət istiqamətlərinin və inkişafa ehiyac duyulan sahələrin müəyyən edilməsi;
· Əsas fəaliyyət istiqamətlərini xarakterizə edən keyfiyyət və kəmiyyət göstəricilərinin (indikatorların) işlənib hazırlanması;
· Universitetin fəaliyyətinin strateji planlaşdırılması prosesinin metodiki, analitik və informasiya təminatının hazırlanması;
· Universitetin və struktur bölmələrinin fəaliyyətinin monitorinqinə əsasən məlumatları təhlil etmək, fəaliyyət planlaşdırılmasında nəzərdə tutulan məqsədlərə, gözlənilən nəticələrə və strategiyaya uyğunluq səviyyəsini müəyyənləşdirərək müvafiq inkişaf proqramlarının hazırlanması;
· Universitetdə bütün struktur bölmələr üzrə hesabatvermə mexanizminin tətbiqinə nail olmaq, aparılan təhlillərin nəticələrinə əsasən strateji sənədlər, hesabatlar, proqnozlar hazırlanması;
· Strateji təhlil və planlaşdırma ilə bağlı risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə edilməsi, monitorinqinin aparılması.
· Universitetin strateji məqsədlərinə nail olmaq üçün həyata keçirilən fəaliyyətlərin effektivliyini, irəliləyişini qiymətləndirərək, bu barədə düzgün və vaxtında hazırlanmış hesabatları rəhbərliyə təqdim etmək, qərarvermə prosesinin dəstəklənməsi.