Azərbaycan Texniki Universiteti (AzTU) və “SmartNation” platformasının müəllimlər üçün təşkil etdiyi “Yanındayıq” mentorluq pilot layihəsinin "Mentorluq ixtisas proqramı" bloku başa çatıb.
Mentorluq ixtisas proqramı blokunda müəllimlərə mentor kimi istifadə edəcəkləri bacarıqların aşılanması nəzərdə tutulub. Layihə iştirakçıları mentorluq texnika və mexanizmləri, gənclərin karyera planlaması alətləri, komandanın idarə edilməsi, kommunikasiya və effektiv ünsiyyət bacarıqları, təqdimat bacarıqlarının inkişafı, emosional intellekt, mentorların fərdi yol xəritələri üzərində iş kimi mövzularda sahə üzrə ekspertlər tərəfindən təlimlərə cəlb olunub.